"G-20"liyin virtual sammiti keçirilir

.

“Böyük 20”liyin (“G-20”) virtual zirvə toplantısı başlayıb.

Metbuat.az xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr olunub.

Bildirilib ki, martın 26-da başlayan tədbirə Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdel Əziz əl-Səud sədrlik edir.

Məlumata görə, növbədənkənar toplantıya yalnız “G-20”liyin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur və İsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan - ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan - Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümayəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edirlər.

Mənbə:RIA NOVOSTI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR