İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyası yenidən təxirə salınır
18:42 29 Mart 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə təxirə salındığı mayın 3-də başlamayacaq.
"Report" xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında idman naziri Vinçentso Spadafora bildirib.
Onun sözlərinə görə, liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcək: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla "Yuventus" başçılıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-a-seriyasi-yeniden-texire-salinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR