Ukraynaya ilk dəfə koronavirusu gətirməkdə ittiham olunan Çernivtsi bölgəsinin sakini müraciət edib.
Publika.az xəbər verir ki, o insanlardan bağışlanmasını istəyib. "Məni öldürün. Kəsin-doğrayın. Amma uşaqlarıma və nəvələrimə toxunmayın" - deyən qadın artıq sağaldığını bildirib.
Qeyd edək ki, İtaliyadan qayıdan Yelizaveta adlı qadın özünü karantina almayaraq, virusu yaymaqda ittiham edilir. O ölüm təhdidləri alır. Koronavirus Ukraynada ilk dəfə Çernivtsi bölgəsində ortaya çıxıb. Ukraynada koronavirusdan 17 nəfər həyatını itirib. 669 nəfər virusa yoluxub.
Anar Türkeş