ABŞ-ın satış üçün nəzərdə tutulan xam neft səhmləri sürətli şəkildə artıb.
Publika.az xəbər verir ki, səhmlər ötən həftə bir əvvəlki həftəyə nisbətən sərt yüksəlişlə 13,8 milyon (3%) barel artıb.
ABŞ Enerji İnformasiyası İdarəsi (EIA) bu artımla səhmlərin 469,2 milyon barelə yüksəldiyini bildirib. Halbuki, bazar gözləntisi səhmlərin 4 milyon barel artacağını proqnozlaşdırırdı.
Ticarət üçün nəzərdə tutulan xam neft səhmlərinə daxil olmayan strateji xam neft səhmləri ötən həftə dəyişməyib, 635 milyon barel səviyyəsində qalıb.
Bundan əlavə, ABŞ-ın xam neft idxalı ötən həftə daha əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 70 min barel azalma ilə 6,05 milyon barelə, neft ixracatı da gündəlik təqribən 695 min barel azalma ilə 3,25 barelə düşüb. Bu dövrdə xam neft istehalı gündəlik orta hesabla 16 min barel artıb. Beləliklə, ölkənin xam neft istehsalı 21-27 mart həftəsində 13 milyon barel səviyyəsində olub.
ABŞ-ın gündəlik xam neft istehsalı 22-29 fevral həftəsində 13,1 milyon barelə çataraq rekord qırmışdı.
Zümrüd