Məşhur futbolçu Mesut Özil həyat yoldaşı Amina Gülşeyə doğum hədiyyəsi olaraq villa bağışlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi ötən həftə qız anası olan xanımına Londonda 80 milyon TL-lik malikanə hədiyyə edib.

1200 kvadratmetrlik evdə 8 yataq otağı, 2 qonaq otağı, qapalı və açıq üzgüçülük hovuzu, sauna, hamam, kinoteatr var.

Xatırladaq ki, məşhur Amine Gülşeyə 200.000 TL-lik təkqaş brilyant üzüklə evlilik təklif etmişdi.