Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında

Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında
21:32 2 Aprel 2020
143 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi (UWW) olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb. 
"Report"un məlumatına görə, Azərbaycanın sərbəst güləş yığmasının iki üzvü öz çəkilərində ilk "10-luq"da yer alıb.
Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədir. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.
Yunan-Roma güləşçilərindən yalnız Avropa çempionu Sənan Süleymanov (77 kq) ilk "10-luğ"a düşüb. O, 22 xalla 9-cudur. 
Qadın güləşçilərdən də yalnız Mariya Stadnik (50 kq) ilk "10-luq"da yer alıb. Dünya və Avropa çempionu 60 xalla ikinci pillədə qərarlaşıb. 
Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühim turnirlərin nəticələrinə əsasən formalaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-4-gulescisi-olimpiya-cekileri-uzre-yeni-reytinq-siyahisin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR