"Bavariya"nın futbolçuları maaşlarının 20 faizindən imtina etdi

"Bavariya"nın futbolçuları maaşlarının 20 faizindən imtina etdi
10:52 3 Aprel 2020
121 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya “Bavariya”sının futbolçuları koronavirusa görə kluba kömək etmək üçün maaşlarının 20 faizindən imtina edəcəklər.
“Report”un məlumatına görə, bu barədə Münhen təmsilçisinin İdarə Heyətinin üzvü Oliver Kan klubun rəsmi saytına açıqlama verib.
50 yaşlı sabiq qapıçı oyunçularla yanaşı, məşqçilərin, İdarə Heyəti və Müşahidə Şurası üzvlərinin məvaciblərinin 20 faizindən imtina etdiklərini vurğulayıb. Kan bildirib ki, bu gün həmrəylik hər zamankından daha vacibdir.
Qeyd edək ki, daha öncə İspaniyanın “Atletiko” və “Barselona” klubları maaşların 70 faiz azaldıdığını açıqlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-nin-futbolculari-maaslarinin-20-faizinden-imtina-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR