Ceyhun Salmanov: "Aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini saxlamaq və sərnişinləri yoxlamaq hüququ var"

Ceyhun Salmanov: "Aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini saxlamaq və sərnişinləri yoxlamaq hüququ var"
14:12 3 Aprel 2020
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Karantin rejiminin tətbiq olunduğu müddətdə aidiyyəti qurumların müstəsna səlahiyyətləri var ki, istənilən nəqliyyat vasitəsini saxlasın və onların sərnişinlərini yoxlasınlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, yoxlanılma həmin qurumların iş prinsipinə uyğun olaraq həyata keçirilə bilər:

"Yoxlanılma zamanı hətta fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin içərisində icazəsi olmayan sərnişin müəyyən edilərsə, həmin şəxslərin hərəkəti karantin rejimini pozmaq halı kimi qiymətləndirilməsi və cərimələnməsi həyata keçirilə bilər".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR