Koronavirusa görə intim məhsulların satışı kəskin artıb

Bütün dünyaya yayılan yeni növ koronavirusa görə insanlar zamanının çoxunu evdə keçirir. Cinsi münasibətlər də insan yaşamında ən böyük dəyişikliklərdən biridir.

Metbuat.az xəbər verir ki, koronavirusa görə Almaniyanın ən böyük prezervativ istehsalçısı olan "Ritex" şirkətinin satışları mart ayında 2 qat artıb. Şirkət prezervativ istehsalını da 2 dəfə artıraraq 12,7 milyon ədədə çatdırıb.

Həmçinin bir çox intim oyuncaqlar satışı həyata keçirən mağazalarda artım müşahidə edilir. Mağaza işçiləri ötən ilin mart ayı ilə müqayisədə bu il 27% artım olduğunu bildirirlər.

Dünyanın öndə gələnn prezervativ istehsalçısı "Karex"in Malayziya, Çin və hindistandakı fabrikalarının bağlanması səbəbindən qarşıdakı dövrdə bazarda prezervativ sıxıntısı yarana biləcəyi gözlənilir.

Həmçinin mütəxəssislər koronavirusa görə bu il doğum faizlərinin artacağını da bildirirlər.

Mənbə: Financial Times


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR