Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının vaxtı dəyişdirilib. Bu barədə "Report"a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, plenar iclasın vaxtı aprelin 7-dən 9-na keçirilib: "İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb".