Rusiyanın koronavirusu yox edən peyvəndi hazırdır - Bu tarixdən TƏTBİQ EDİLƏCƏK

Rusiyanın koronavirusu yox edən peyvəndi hazırdır - Bu tarixdən TƏTBİQ EDİLƏCƏK
16:58 4 Aprel 2020
163 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Vektor Dövlət Virusologiya və Biotexnologiya Elm Mərkəzi koronavirusa qarşı hazırladığı peyvəndi bəzi heyvanlar üzərinə sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov danışıb.

Dövlət televizyasına açıqlama verən Maksyutov peyvəndin laborator işlərinin davam etdiyini və iyun ayından etibarən insanlar üzərinə sınaqlara başlanılacağını deyib: “Bu vaxta qədər siçanlar və mışovullar üzərində sınaq aparılıb. Primatlar üzərində peyvəndləmə davam edir. Laborator sınaqlar aprelin sonunda başa çatmalıdır”.

Rusiya Koronavirusla Mübarizə Mərləzinin məlumatına görə, ölkədə 4 min 731 nəfər koronavirusa yoluxub. Ölü sayı 43-dür.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/309753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR