“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Scottish Sun” məlumat yayıb.
Qəzetin yazdığına görə, 90 nəfər üçün hazırlanmış qocalar evində qeydə alınmış ölüm faktları koronavirusla bağlıdır. Ölənlərin hamısı koronavirus testindən keçirilməsə də, bütün ölüm faktlarına məhz bu virusun səbəb olduğu iddia olunur. Qeyd olunur ki, ölənlərin hamısının başqa xəstəlikləri də olub.