Braziliyada koronavirusa yoluxanların sayı 10 mini ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 10 mini ötüb
04:02 5 Aprel 2020
100 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyada pandemiya qurbanlarının sayı artmaqda davam edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, ölkədə koronavirusa yoluxanların rəsmi sayı 10 278 nəfərə yüksəlib. Təkcə son 24 saat ərzində 1 222 nəfərdə koronovirus aşkarlanıb.
Ölənlərin sayı əvvəlki günlə müqayisədə 20% artaraq 431-ə çatıb.
2020-ci ilin ilk 13 həftəsində, ölkədə kəskin tənəffüs sindromu olan 27 773 xəstə tibb müəssisələrinə müraciət edib, onlardan yalnız 2 131 nəfərində COVID-19-a yoluxma təsdiqlənib.
Koronavirusa yoluxanların 60% -dən çoxu ölkənin cənub-şərq bölgəsində yaşayır

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-koronavirusa-yoluxanlarin-sayi-10-mini-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR