FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi

FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi
16:52 5 Aprel 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara respublikamızda koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində vətəndaşlara müraciət edib.
"Report" xəbər verir ki, müraciətdə deyilir:
Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.
Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq.



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/fhn-koronavirusla-bagli-vetendaslara-muraciet-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR