Artıq Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçirilir.
Ölkənin hər yerində olduğu kimi paytaxt Bakıda da yalnız bir sıra şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.
“Report” hərəkətin daha da məhdudlaşdırıldığı paytaxtın ayrı-ayrı ərazilərində reportajı tədqim edir.





























