"Report" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 080 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 44 753 test aparılıb. Ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.