"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün Zərdab rayon Polis Şöbəsinin əməkdaşları rayonun 2 sakinini karantin rejimini pozduğuna görə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə edib.
Bundan başqa Ağsu rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimini ciddi şəkildə pozduğuna görə rayonun 4 sakinini İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə edib.
Eyni zamanda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları da həmin maddə ilə gün ərzində 2 nəfəri cərimə edib və 1 nəfəri isə Cinayət Məcəlləsinin 535-ci maddəsinə uyğun olaraq xidmətdə olan polis əməkdaşına tabe olmadığına görə saxlanılıb və polis şöbəsinə gətirilib.
Hazırda adıçəkilən rayonlarda polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.