Rusiyalı futbolçu nişanlısına görə karantin qaydasını pozdu

Rusiyalı futbolçu nişanlısına görə karantin qaydasını pozdu
17:12 6 Aprel 2020
221 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya millisinin üzvü Fyodor Smolov karantin qaydalarını pozub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Selta"nın hücumçusu İspaniyanı tərk edərək, Rusiyaya qayıdıb. 30 yaşlı futbolçu 18 yaşlı nişanlısı Mariya Yumaşevanı görmək üçün bu addımı atıb.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin nəvəsi olan Yumaşeva üçün xüsusi təyyarə kirayələyən Smolov "Selta" rəhbərliyinin qadağasına baxmayaraq, Rusiyaya gedib.

Viqo təmsilçisinin onu cərimələyəcəyi bildirilib.

Qeyd edək ki, İspaniyada koronavirusdan 13 mindən çox insan ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR