"Bu virus güllədən də pis yaralayır, cəhənnəm əzabı çəkirəm" - Koronaviruslu tibb bacısı

"Bu virus güllədən də pis yaralayır, cəhənnəm əzabı çəkirəm" - Koronaviruslu tibb bacısı
23:37 6 Aprel 2020
197 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Tennessi ştatında reabilitasiya mərkəzində işləyən və COVID-19-a yoluxan tibb bacısı infeksiyanın onun səhhətinə təsiri barədə danışıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Sareka Uilyams xəstəliyi ağır güllə yarasına bənzədib.

"Mənə heç vaxt atəş açılmayıb, ancaq belə görünür ki, bu xəstəlik güllədən pis yaralayır. Cəhənnəm əzabı çəkirəm", - deyə qadın etiraf edib.

Tibb işçisinin sözlərinə görə, koronavirus infeksiyası səbəbindən o, çətinliklə yemək yeyə və hərəkət edə bilir, hər nəfəsalma ona dəhşətli ağrılar verir.

"Gecikməyin. Sizə, ailənizə və ya uşaqlarınıza dəyəcəyi vaxtı gözləməyin!", - deyə, qadın müraciətini yekunlaşdırıb

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/839606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR