Koronavirus pandemiyasına görə “Computex” sərgisi təxirə salınıb

Koronavirus pandemiyasına görə “Computex” sərgisi təxirə salınıb
08:32 11 Aprel 2020
159 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rəqəmli texnologiyalar dünyasında növbəti populyar illik sərgi koronavirus pandemiyasına görə təxirə salınıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, iyunda keçirilməsi planlaşdırılan "Computex 2020" sərgisi rəsmi olaraq sentyabrın sonunadək təxirə salınıb.

Tayvanın Xarici ticarətin inkişaf şurası xüsusi press-relizdə bildirib ki, sərgi iştirakçıları və eksponat sahiblərinin sağlamlığı və təhlükəsizliyinin təmini, sərginin səmərəliliyi və brendin imicinin qorunub saxlanılması məqsədilə 2-6 iyun tarixlərində keçirilməsi planlaşdırılan "Computex" təxirə salınıb.

Yeni plana uyğun olaraq "Computex 2020" sərgisi 28 sentyabr 2020-ci il tarixində Taybeydə keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR