Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nəriman Nərimanov prospektində baş verib.

"Chery" markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə sərnişin xəsarət alıb.

Avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az