Ermənistanda kişi hökumətə etiraz əlaməti olaraq parlament qarşısında ağzını tikdi

Ermənistanda kişi hökumətə etiraz əlaməti olaraq parlament qarşısında ağzını tikdi
10:05 12 Aprel 2020
206 Dünya
Ölkə mətbuatı
A- A+

Yerevan sakini ailəsinin sosial problemlərinə görə Ermənistan Parlamenti qarşısında ağzını tikərək etirazını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şənbə günü Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə aprelin 11-i, saat 17.52-də baş verib. Nazirliyin müvafiq əməliyyat qrupu və psixoloq hadisə yerinə cəlb edilib.

"Opel "markalı avtomobilini parlamentin binası önündə saxlayaraq ağzını tikən şəxsin 1991-ci il təvəllüdlü M.Miqran olduğu müəyyən edilib. O, ailəsinin dolanışığının çətin olduğundan bu addımı atmağa məcbur olduğunu bildirib. 

Ona yerində psixoloji yardım göstərilsə də, təcili tibbi yardımdan imtina edib. 

M.Miqran polis bölməsinə aparılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR