Korona xəstəsi AzTV-yə danışdı: "Nəfəsim çatmır, kömək edin"/VİDEO

Korona xəstəsi AzTV-yə danışdı: "Nəfəsim çatmır, kömək edin"/VİDEO
13:33 12 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Koronavirusla mübarizənin görünməyən qəhrəmanlarının, yəni həkimlərimizin hər gün eşitdiyi sözlər, "nəfəsim çatmır, kömək edin" sözləridir.

Rahat nəfəs aldığımız zaman, nəfəsi min bir çətinliklə alanları görmək, ən əsası isə "Xəstəlik var bəyəm? Əşi boş söhbətdi..." - deyənlər, Azərbaycan Televiziyasının (AzTV) Bakıdakı xəstəxanalardan birində hazırladığı və “Xəbərlər” proqramında efirə gedən xüsusi reportajında bir çox mətləblərdən xəbərdar ola bilərlər.

Tamaşaçılar həkimlərin hansı əziyyətlərə qatlaşdıqlarını, xəstələrin necə həyat mübarizəsi verdiklərini gözləri ilə görə, əyani şahidi ola bilərlər.

Publika.az reportajın videosunu təqdim edir:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/310521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR