FIFA rəsmisi: "Beynəlxalq matçlar 2021-ci ildən əvvəl başlaya bilməz"

FIFA rəsmisi: "Beynəlxalq matçlar 2021-ci ildən əvvəl başlaya bilməz"
10:12 14 Aprel 2020
139 Digər
Ölkə mətbuatı
A- A+

FIFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası səbəbindən təxirə salınan beynəlxaq oyunların bərpa olunması ilə bağlı fikirlərini bölüşüb.
“Report”un məlumata görə, kanadalı funksioner beynəlxalq matçların 2021-ci ildən əvvəl başlamasının qeyri-mümkünlüyü fikrini ifadə edib. 
“İnanıram ki, yerli futbol prioritetdir. Sentyabr hələ planlardadır, amma buna əmin deyiləm. Çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədləri keçərkən problemlər ola bilər. Futbol qarşılaşması üçün yaşıl işıq olarsa, azarkeşlərlə baş tutacağına şübhə edirəm. Mən, sadəcə onu görmürəm, düşünürəm kİ, bu, çox böyük bir riskdir” deyə Montalyani vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fifa-resmisi-beynelxalq-matclar-2021-ci-ilden-evvel-baslaya-bilmez

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR