Texnoloji şirkət rəhbərləri koronavirusla bağlı mübarizəyə nə qədər vəsait ianə ediblər?

Texnoloji şirkət rəhbərləri koronavirusla bağlı mübarizəyə nə qədər vəsait ianə ediblər?
22:42 14 Aprel 2020
182 Maraqlı
Ölkə mətbuatı
A- A+

"COVID-19" pandemiyası ilə mübarizə olduqca böyük vəsait tələb edir. Bu məbləğ həkimlərin maaşına, tibbi ləvazimatların alınmasına, eləcə də vaksinlərin hazırlanmasına sərf olunur.

Artıq bir çox milyarder "COVID-19"la mübarizə üçün böyük məbləğdə vəsait ianə ediblər.

Bəs dünyanın nəhəng texnoloji şirkət rəhbərləri koronavirus infeksiyası ilə mübarizə fonduna nə qədər vəsait ayırıb?

"Alibaba" şirkətinin qurucusu Cek Ma "COVID-19" pandemiyası ilə mübarizəyə 14,5 milyon dollar ianə edib.

"Biz bilirik ki, insanlıq və xəstəlik arasındakı mübarizə çox da uzun çəkməyəcək. İanə edilən vəsaitlər tibbi araşdırmaları davam etdirməyə kömək edəcək", - deyə C.Ma bildirib.

Onun ayırdığı vəsait artıq iki tədqiqatçı şirkətə verilib. Eyni zamanda Cek Ma ABŞ və Afrikaya qoruyucu maska və infeksiyaya yoluxmanı aşkarlayan test cihazları da göndərib.

Texnologiya sferasında tanınan daha bir milyarder Bill Qeyts və arvadı Melinda Qeyts fond yaradaraq bura 100 milyon dollar ianə ediblər. Bu vəsait əsasən, Afrika və Cənubi Asiya regionlarında koronavirusla mübarizəyə yönəlib.

Məlumdur ki, Bill Qeyts Microsoft şirkətinin qurucusudur. O, hələ bir neçə il əvvəl bildirmişdi ki, dünya qətiyyən pandemiyaya hazır deyil.

Feysbuk şirkətinin yaradıcısı və rəhbəri Mark Zükerberq isə Qeyts tərəfindən yaradılan fonda 25 milyon dollar vəsait ayırıb.

Şəxsi vəsaitini ianə edənlər sırasında rekord məbləğə Tvitter şirkətinin rəhbəri Cek Dorsi imza atıb. O, koronavirusla mübarizə üçün 1 milyard dollar vəsait ayırıb. Qeyd edək ki, C.Dorsinin gəliri ümumilikdə 3,6 milyard dollardır. Bu isə o deməkdir ki, biznesmen öz gəlirinin təxminən 30%-ni "COVID-19"la mübarizə üçün ianə edib. Tvitterin rəhbəri söz verib ki, "COVID-19"la bağlı yaradılan "Start Small LLC" fondu pandemiyadan da sonra fəaliyyətini davam etdirəcək.

Asiyanın ən nüfuzlu milyaderlərindən, Honkonqun isə ən varlı iş adamı Li Kaşin isə koronavirusla bağlı mübarizəyə təxminən 10 milyon dollar ianə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR