Milli parkın mühafizə rejimini pozan şəxslər cərimələndi

Milli parkın mühafizə rejimini pozan şəxslər cərimələndi
05:48 17 Aprel 2020
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən “QAZ-69” markalı 11-BA-771 dövlət nömrə nişanlı və “VAZ-21011” markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Avtomobillərin yük yerinə keçirilən baxış zamanı balıq ovu üçün istifadə olunan alətlər və ovlanmış çəki balığı aşkar edilib.

Faktla bağlı Beyləqan rayon sakinləri - Fuad Quliyev və Cabbar Cabbarov barəsində akt və protokol tərtib edilib və hər biri 1 000 manat məbləğində cərimə olunub.

“QAZ-69” markalı minik avtomobilində olan şəxslər isə avtomobili qoyaraq ərazidən uzaqlaşıblar.

Hazırda digər qanun pozucularının müəyyən edilməsi üçün zəruri tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/311028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR