Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.
Publika.az verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiya mətbuatı Byelitsanın maaşının azaldılmasına razı olmadığı üçün qovulduğunu yazıb. Daha əvvəl isə eyni səbəbdən xorvatiyalı mütəxəssisin köməkçiləri vəzifəsindən azad edilib.