Səudiyyə Ərəbistanı jurnalist Cəmal Qaşıqçının öldürülməsinin ardından daha bir cinayət ilə çalxalanır.
Metbuat.az xəbər verir ki, şahzadə Salmanın 500 milyard dollarlıq meqa layihəsi olan Neom şəhərinin salınacağı bölgədə yaşayan bir şəxs evini tərk etmək istəməyib. Buna görə də, Səudiyyə təhlükəsizlik gücləri tərəfindən öldürülüb.
Ərəb mediasının iddialarına görə, Əl-Hövəti adlı şəxsə bir neçə dəfə evini tərk etməsi üçün səlahiyyətli qurumlardan xəbərdarlıq edilsə də, o evini tərk etmək istəməyib. Polislərin "təslim ol" əmrinə əməl etməyən şəxsə atəş açaraq öldürüblər.
Qeyd edək ki, Neom Səudiyyə Ərəbistanının Təbuk bölgəsində salınması planlaşdırılan bir şəhərdir. Layihə ilk dəfə 2017-ci ildə şahzadə Salman tərəfindən açıqlanıb. 500 milyard dəyəri olacaq layihə bu sahədə dünyada bir ilk olacaq.
Mənbə: Haber7