İmmun sisteminin koronaya kəskin reaksiyası öldürə bilər? - Onkoloq açıqladı

İmmun sisteminin koronaya kəskin reaksiyası öldürə bilər? - Onkoloq açıqladı
20:05 17 Aprel 2020
254 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusa yoluxan insanın immun sistemi bəzi hallarda kəskin reaksiya verə bilər ki, bu da fəsadlara səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası xəstəxanasının onkoloq-cərrahı Andrey Atroşenko məlumat verib. Onun sözlərinə görə, immun sisteminin "sitokin fırtınası" adlanan reaksiyası "fəsadlar, o cümlədən reanimasiya" ilə nəticələnə bilər.

"Bu xəstəliyin hücumu immunitet reaksiyasındadır. Özünü yaxşı hiss edən bir insanı qəbul edirəm. Ağciyərlərində KT müayinəsi də nisbətən normaldır. Üç-dörd gündən sonra xəstə reanimasiya vəziyyətinə düşəcək qədər pisləşir ", - deyə Atroşenko qeyd edib.

Xatırladaq ki, bənzər açıqlamanı Təl-Əviv Universitetinin professoru Yehuda Şenfeld də Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdiyi "Virusologiyanın beşiyi" adlı onlayn konfransda açıqlamışdı./Publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR