Nobel mükafatı laureatı, fransız virusoloq: “Koronavirus laboratoriyada hazırlanıb, sünidir...”

Nobel mükafatı laureatı, fransız virusoloq: “Koronavirus laboratoriyada hazırlanıb, sünidir...”
17:37 18 Aprel 2020
339 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ koronavirusun mənşəyini araşdırır.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar pandemiyanın meydana çıxması xüsusatlarını araşdırır, habelə koronavirus infeksiyasının mənşəyini müəyyən edir. "Bir çox qəribə şeylər baş verib, bir çox araşdırmalar gedir və biz hər şeyi aydınlaşdırmaq istəyirik. Bu, Çində baş verib, 184 ölkə zərər çəkib, bu çox pisdir. Aydınlaşdırmaq lazımdır ki, bu harada baş verib",-Tramp belə deyib.

Qeyd edək ki, bundan əvvəl koronavirusun Çinin Uhan şəhərindəki virusologiya institutunun labaratoriyadan sızdığı barədə çoxsaylı mötəbər məlumatlar yayılıb. İndi daha bir alim bəyan edib ki, virus sünidir və məhz Uhandakı labaratoriyada yayılıb. Bu, fransalı virusoloq, professor və 2008-ci ildə HİV retrovirusunun kəşfinə görə Nobel mükafatı almış Lyuk Montenyedir. Onun sözlərinə görə, Uhanda "QİÇS-ə qarşı peyvənd hazırlamağa" çalışırdılar.

Fransa xəbər telekanalı CNews-a müsahibəsində Montenye bildirib ki, fransız riyaziyyatçı Jan-Klod Perezanın elmi araşdırmalarına əsaslanaraq virusun strukturunu öyrənib. Onun sözlərinə görə, SARS-CoV-2 virusunda HİV virusunun elementləri yer alır. "Biz bu nəticəyə gəlmişik ki, həmin virusla manipulyasiya ediblər. Koronavirus təbii mənşəli deyil, o molekulyar bioloqların işidir",-Montenye bildirib.

Lakin digər fransız virusoloq Etyen Simon-Loryer professor Montenyenin versiyasını "axmaqlıq" adlandırıb. Onun sözlərinə görə, yeni növ koronavirusun tərkibində digər vuruslarda yer alan çox az elementlər var.

Yelisey sarayının nümayəndəsi isə "Reuters"ə bildirib ki, koronavirusun Çinin Uhan elmi-tədqiqat labaratoriyası ilə bağlı olduğuna dair əsaslar yoxdur. "Biz qeyd etmək istərdik ki, Birləşmiş Ştatlarda dövr edən və virusun Çində yaradıldığı barədə informasiyaları təsdiqləyəcək məlumatlar yoxdur",-prezident Emmanuel Makronun administrasiyasının nümayəndəsi deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR