Dünyada sutkada koronavirusa yoluxanların sayı 81 mindən çox artıb

Dünyada sutkada koronavirusa yoluxanların sayı 81 mindən çox artıb
08:05 20 Aprel 2020
265 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada son sutka ərzində yeni koronavirusa yoluxanların sayı 81 mindən çox artıb ki, bu da əvvəlki gündən 4 min azdır. Təsdiq edilmiş ölüm hallarının sayı 24 saat ərzində 6 mindən çox artdı ki, bu da əvvəlki gündən bir qədər azdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik bülletenində bildirilib.

Məlumata əsasən, dünyada 2 241 359 yoluxma və 152 551 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 81 153, ölənlərin sayı isə 6 463 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb: müvafiq olaraq 1 122 189 və 100 938 hal. Sutka ərzində orada yoluxanların sayı 35,300, ölüm halları isə 3737 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 821 860 nəfər koronavirusa yoluxub və 38 258 nəfər ölüb. Sutkada yoluxanların sayı baxımından (37 589 nəfər) bu bölgə Avropanı üstələyir. Son 24 saatda ölüm halları burada daha azdır - 2516.

Dünyada yoluxan insanların sayına görə üçüncü yeri, xüsusilə Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. 19 aprel tarixinə olan vəziyyətə görə, bölgədə 130,696 nəfər yoluxub və 5.621 nəfər ölüb.

Ən çox yoluxma halları ABŞ-da qeydə alınıb - 695,353 hal. Ardınca İspaniya (191 726), İtaliya (175 925), Almaniya (138.897), Birləşmiş Krallıq (114 221), Fransa (110 721), Çin (84 201), Türkiyə (82 329), İran (80 868) və Rusiya (42 853) gəlirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR