Mobil prosessor ekosistemində Qualcomm yenə 1-ci oldu

Mobil prosessor ekosistemində Qualcomm yenə 1-ci oldu
20:47 21 Aprel 2020
197 Maraqlı
Ölkə mətbuatı
A- A+

Counterpoint Research araşdırma şirkəti tərəfindən yayımlanan statistikaya görə 2019-da smartfon çipsetləri istehsal edən şirkətlər arasındakı satış sıralaması bəlli oldu. Verilən məlumatlara əsasən Snapdragon prosessorları istehsal edən Qualcomm şirkəti yenə bazarda lider oldu. Dünyanın ən nəhəng mobil çipset istehsalçısı olan Qualcomm 2018-ə nəzərən 1.6% kiçilib, lakin yenə də lider ola bilib. Qualcomm-un çipset istehsal bazarında payı 33.4% olub.

 

Exynos ilə bazarda mövcudluğu qoruyan Samsung 2.2% böyüyərək Apple şirkətini keçib. Həmçinin Kirin prosessorlarını istehsal edən Huawei (HiSilicon) isə 2.5% böyüyərək 2019-da ən çox böyümə əldə edən çipset istehsalçısı oldu. Counterpoint Research şirkətinə görə Samsung və Huawei şirkətlərinin böyüməsindəki ən böyük səbəb 5G texnologiyası olub. Hər iki şirkət 5G texnologiyalarını daha çox istifadəçiyə çatdıra bilmək üçün milyardlarla dollar dəyərində Ar-Ge yatırımları edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR