Koronavirusdan sonra daha bir pandemiya gələcək - BMT-dən XƏBƏRDARLIQ

Koronavirusdan sonra daha bir pandemiya gələcək - BMT-dən XƏBƏRDARLIQ
16:58 22 Aprel 2020
379 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni tip koronavirusdan sonra dünyada aclıq pandemiyası yayılacaq.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbərdarlıq edib.

Təşkilatın Dünya Ərzaq Proqramı ilə birlikdə hazırladığı hesabatda hazırda 55 ölkədə 135 milyon insanın aclıqla qarşı-qarşıya olduğu, gələcəkdə bu rəqəmin 265 milyona çıxa biləcəyi qeyd edilib. Qıtlığın müharibə, iqtisadi böhran və qlobal istiləşmə təhdidi altında olan 10 ölkədə daha sərt olacağı bildirilib.

2019-cu ilin siyahısına görə, Afrikada 73, Yaxın Şərq və Asiya bölgəsində 43, Latın Amerikası və Karibdə 18,5, Avropada 0,5 milyona yaxın insan qıtlıqdan əziyyət çəkir. Ərzaq böhranı yaşanan 55 ölkədə 5 yaşdan aşağı 17 milyon uşaq kifayət qədər qida qəbul edə bilmir.

Ən acınacaqlı vəziyyət Yəmən, Konqo, Əfqanıstan, Venesuela, Efiopiya, Cənubi Sudan, Suriya, Sudan, Nigeriya və Haitidədir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/311584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR