Dillər Universitetinin tələbəsinin ölüm səbəbi

Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Nərmin Tağızadənin vəfat etməyi ilə bağlı xəbər yayılıb.

Metbuat.az xəbər verir ki, modern.az dəqiqləşdirmək üçün ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı ilə əlaqə saxlayıb.

C.Zeynallı bildirib ki, adıçəkilən tələbə bir ay bundan əvvəl dünyasını dəyişib:

“Nərmin Tağızadə universitetin “Təhsil” fakültəsində oxuyurdu. Xəbərləri biz də gördük amma o 1 ay bundan əvvəl martın 21-də dünyasını dəyişib. Tələbəmiz ailə həyatı qurduqdan sonra Rusiyaya köçüb. Ailəsi onun ölümünə səbəbi kimi gənc qızın bəzi xəstəliklərinin olduğunu deyib”.

Cavid Zeynallı univerisitet kollektivi adından mərhumun ailəsinə başağlığı verdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR