Ucarda velosipedçinin ölümü ilə bağlı cinayət işi başlanıldı

Ucarda velosipedçinin ölümü ilə bağlı cinayət işi başlanıldı
09:42 23 Aprel 2020
284 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda velosipedçinin ölümü ilə bağlı istintaq tədbirləri davam etdirilir.
"Report"un xəbərinə görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə aprelin 22-də rayonun Qarabörk kəndi ərazisində baş verib.
Belə ki, Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Asim Nazim oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkiram Soltan oğlu Quliyevi vurub. İ.Quliyev ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-velosipedcinin-olumu-ile-bagli-cinayet-isi-baslanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR