Ac uşaqlarını aldatmaq üçün daş qaynatdı - Keniyadakı yoxsulluq dünyanın gündəmində

Keniyanın Mombasa bölgəsində 8 uşağı olan və ötən il dul qalan Pəniha Bahati adlı qadın uşaqlarına yemək tapmadığı üçün qurumlardan yardım istəyib.

Metbuat.az xəbər verir ki, gecələri aclıqdan ağlayan və yatmayan uşaqları aldatmaq üçün ocaqda daş qaynadan qadın iş taapa bilmədiyini deyib. Qadının yaşadıqlarının ortaya çıxmasından sonra çox sayda insan və qurum ailəyə və o bölgədəki yoxsullara yardım ettməyi öhdəsinə götürüb.

Keniya Qızılxaç qurumu Bahati və ətrafdakı 18 ailəyə qida yardımı edəcəklərini, hökümət və özəl sektorla birlikdə yaxın günlərdə daha 6 min ailəyə dəstək olacaqlarını açıqlayıb.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR