Ceyhun Bayramov: "Universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur"

"Azərbaycanda təhsil alan 176 min tələbənin 75 faizi onlayn tədrisə qoşulub".

Metbuat.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 40 minə yaxın tələbə istehsal təcrübəsi mərhələsindədir və bu səbəbdən onlayn dərslərə qoşula bilməyib.

C.Bayramov qeyd edib ki, universitetlərdə bu tədris ilinin uzadılması nəzərdə tutulmur: "Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun - iyul aylarında keçirilməsi planlaşdırılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)