Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI:

İddialara görə, müğənni ilə rəqs edən şəxs mədəniyyət naziri Əbülfəz Qarayevin həbs edilən müavini Rafiq Bayramovdur.

Metbuat.az xəbər verir ki, Müğənni Nüşabə Musayeva ilə rəqsi ilə gündəmi zəbt edib. Məlum olub ki, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir. Məsələylə bağlı "azxeber.com" saytına danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib:

"Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb.

O deyib ki nazir müavini təqdim edilməsindən çox narahatdır: "Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR