SON DƏQİQƏ: Azərbaycan vətəndaşları üçün daha bir məhdudiyyət ləğv edildi - RƏSMİ

Yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-dən etibarən Azərbaycandan başqa, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.

Xəstələrin qəbulu xüsusi qaydalar əsasında keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR