A.Məhərrəmov bildirib ki, bu hazırlığın kökündə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın davamlı olaraq Oyunlarının keçiriləcəyi obyektlərə, idman qurğularına baş çəkməsi, eyni zamanda idmançılara göstərdikləri diqqət və qayğı dayanır.
Rektorun sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə əsas səbəblərdən biri güclü beynəlxalq nüfusun, Azərbaycan əhalisinin Oyunların Bakıda keçirilməsini arzulaması və dəstəkləməsi, eyni zamanda, ölkədə yaradılmış idman infrastrukturunun dünya standartlarına cavab verməsi ilə bağlıdır.
Daha sonra "Bakı 2015"in Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, BDU-nun könüllüləri adından tarix fakültəsinin I kurs tələbəsi Səadət Qarayeva və coğrafiya fakültəsinin III kurs tələbəsi Eltac Cəbiyev çıxış ediblər.
Tələbələr qeyd ediblər ki, "Bakı-2015" Avropa idman tarixində yeni səhifə açacaq. Bu tarixin açılmasına və yazılmasına ölkə prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Azərbaycan ictimaiyyəti və minlərlə könüllü Azərbaycan gənci dəstək verəcək.
Tədbirdə "Bakı 2015" I Avropa oyunları haqda videoçarxlar nümayiş etdirilib və BEGOC-un əməliyyatlar üzrə baş direktoru S.Kleq “BDU-nun Fəxri qonağı” mukafatı ilə təltif olunub.