190 manat iyun ayında verilə bilər -

190 manatlıq birdəfəlik ödəmə iyun ayında verilə bilər.

Metbuat.az xəbər verir ki, bunu ötən keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:

“Ümid edirdik ki, əhali karantin rejiminin özünüqoruma tələblərinə əməl edəcək. 190 manatın aztəminatlı şəxslərə verilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdu. İyun ayı üçün bu, nəzərdə tutulmurdu. İndi də adamların iş rejimi tam bərpa olunub, insanlar işləməyə başlayıb. Ancaq yenidən bəzi məhdudiyyətlər olduğuna görə, ola bilər ki, bu məsələ təkrar aktuallaşsın və müzakirə olunsun. Növbəti dəfə ətraflı məlumat verə bilərik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı