ABŞ-da təyyarə qəzaya uğradı: 5 nəfər öldü

ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli polisə istinadla “Fox” televiziyası məlumat verib. Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının bildirdiyinə görə, təyyarə qasırğaya düşüb. Hadisənin digər təfərrüatları açıqlanmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR