Hərarəti olan şagirdlər yenidən imtahan verəcək ? -

İyunun 10-u 20, 11-i isə 5 şagird hərarətlərinin yüksək olması səbəbilə imtahana buraxılmayıb. Düzdür, Dövlət İmtahan Mərkəzi bu barədə əvvəldən açıqlama vermişdi ki, hər hansı bir şagirddə hərarət olarsa onun imtahana girişi məhdudlaşdırılacaq.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, lakin təhsil ekspertlərin fikrincə hərarət səbəbindən şagirdlərin imtahanda iştirak edə bilməməsi, onların təhsil alma hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bu isə düzgün yanaşma deyil

“Şagirdlərin istiliyinin səbəbini müəyyənləşdirmədən həqiqətən bu yoluxucumu istilikdir, hər hansı bir xroniki xəstəlikdir, yaxud da mövsümlə əlaqədar haldır? Bunu müəyyənləşdirmədən onların haqqında qərar verilməsini düzgün hesab etmirəm. Çünki imtahan binasına buraxılış saat 9 və 10-dan başlayır imtahanlar isə 11-dən başlayır. Şagirdlər bir saat ərzində açıq havada günəşin altında onlarda müəyyən gün vurma halları ola bilər və mart ayının 3-dən tədris prosesi dayanıb şagirdlər stresdədilər, digər tərəfdən onların yaşları nəzərə alınmalıdır.- deyə ekspert Kamran Əsədov bildirir.

Bəs çıxış yolu nədir? Kamran Əsədov deyir ki, ən pis halda həmin şagirdlər üçün ayrıca şəkildə imtahan keçirilməlidir.

“Bütün bunları nəzərə aldıqdan sonra hesab edirəm ki, DİM həmin şəxslərə növbəti həftələrdə müvafiq imtahanda iştirak etmək səlahiyyətini və imkanı yaratmalıdır. Digər tərəfdən isə onlar üçün ayrı otaqların yaradılması da mümkündür. 5 nəfər elə də böyük bir say deyil, biz onlara 5 otaq ayırsaq imtahana verə bilərlər” –deyə ekspert əlavə edir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə isə bu məsələ ilə bağlı müəyyən tədbirlər görülür. Həmin şagirdlər üçün imtahanların nə vaxt keçiriləcəyi haqda yekun qərar növbəti həftə açıqlanacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)