"Xanımımı toydan 1 il sonra evə gətirdim, yaşı düşmürdü" -

Əməkdar artist Yusif Mustafayev illər əvvəl toyunda başına gələn hadisəni etiraf edib.

Metbuat.az xəbər verir ki, müğənni "Gündən-günə" proqramında həyat yoldaşı ilə evlənən onun yaşının az olduğunu etiraf edib.

O bildirib ki, gəlini evə toydan bir il sonra gətirib: "1979-cu ildə toyum oldu. Gəlin gəlmə məqamında işlər dayandı. Yoldaşımın yaşı nikaha çatmırdı. Qonşu kənddə bir oğlan 17 yaşlı qızı almışdı, polis tutdu. Oğlan 3 il həbs edildi. Gözüm qorxdu, ona görə toyu 1 il saxladım. Sentyabrda xanımın 18 yaşı tamam oldu, gətirdim evə".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR