Fermerlər üçün xüsusi mobil tətbiq istifadəyə veriləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) “Agropolis” layihəsinin təşkilatçıları ilə görüş keçirilib.

Bu barədə Metbuat.az Nazirliyə istinadən xəbər verir.

Görüşdə layihənin rəhbəri Anar Nəzərov bildirib ki, görüşün məqsədi aqrar konsaltinq xidmətlərinin göstərilməsi sahəsində yeni bir dəyər yaratmaq üçün Əkinçilik ETİ ilə əlaqələrin yaradılmasıdır.

“Agropolis” konsaltinq xidmətlərinin göstərilməsini təşkil edən mobil tətbiqdir. Tətbiq fermerlərə aqrokonsaltinq xidmətləri haqqında ətraflı məlumat, eyni zamanda bu xidmətləri rahat və sürətli şəkildə əldə etməyə şərait yaradır. İstənilən aqrokonsaltinq şirkəti, aqrar sahə istiqamətli elmi-tədqiqat institutları və fərdi şəkildə fəaliyyət göstərən aqrar mütəxəssislər bu tətbiq vasitəsilə öz xidmətlərini fermerlərə təklif edə bilərlər. Diqqətə catdırılıb ki, hazırda tətbiqin test versiyası fəaliyyət göstərir. Burada fermerlər aqrar mütəxəssislər və onların təklif etdiyi xidmətlərlə onlayn şəkildə tanış ola və lazım gəldikdə həmin xidmətlərdən yararlana bilərlər. Tətbiqin test versiyasının fəaliyyəti aqrokonsaltinq xidmətləri bazarı haqqında aydın təsəvvür formalaşmasına, tələb və təklif haqqında əhəmiyyətli məlumatların əldə edilməsinə imkan verir.

“Hazırda “Agropolis” komandası olaraq üzərində işlədiyimiz və tezliklə istifadəyə verəcəyimiz yeni versiyada aqrokonsaltinq xidmətlərini onlayn sifariş etmək funksiyasını fermerlərin ixtiyarına verəcəyik. Tətbiqin həm aqrar mütəxəssislər, həm fermerlər arasında eyni vaxtda tanıtımı və istifadəyə təşviqi həyata keçirilir. Beləliklə, aqrar mütəxəssislər və digər aqrokonsaltinq müəssisələri getdikcə daha çox fermerə öz xidmətlərini təklif etmək imkanı qazanacaqlar. Eyni zamanda, fermerlər də bu tətbiqdə daha çox xidmətlərlə tanış olmaq və özləri üçün ən uyğun xidmətləri müəyyən edib dərhal əldə etmək imkanı qazanırlar. Mobil tətbiqin komandası olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fermerlərə müxtəlif növ aqrokonsaltinq və digər aqrar xidmətlər təklif etdiyini nəzərə alıb bu institutun öz xidmətlərini fermerlərə təklif etməsinə şərait yaratmaqda və institutla iş birliyi qurmaqda maraqlıyıq”, - deyə layihənin rəhbəri Anar Nəzərov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı