Bu küçə yarım əsrdən çoxdur təmir olunmur -

Sabunçunun eyni adlı qəsəbəsinin Hüseynqulu Sarabski küçəsində heç vaxt asfalt örtüyü olmayıb. Hər gün torpaq yolla hərəkət edən sakinlərin səbri də artıq tükənib.

Baku.Tv xəbər verir ki, bir müddət əvvəl əraziyə kanalizasiya xətti çəkilib, bundan sonra onsuz da bərbad vəziyyətdə olan yol, daha da pis hala düşüb. Sakinlər deyir ki, yolların bu formada olması səbəbindən taksi və təcili yardım xidməti də bu əraziyə gəlməkdə çətinlik çəkir.

“Dəfələrlə olub ki, təcili yardım da, gəlib vaxtında bura çata bilmir” – deyə sakin bildirir.

“Bizdə evdə qoca var, cavan var, təcili yardım çağıranda gəlmirlər. Taksi deyirik, deyirlər ora gəlmirik. “- deyə digər sakin şikayətini qeyd edir.

Azərbaycan Avtomobil Yolları Dövət Agentliyindən bildirdilər ki, məsələdən xəbərdardılar. Mərhələli çəkildə 2023-cü ilin sonunadək bu küçə də daxil olmaqla bütün qəsəbədaxili yollar təmir ediləcək.

“Ümumiyyətlə qeyd edim ki, nəinki o küçədə, bütün qəsəbə daxili yollarda vəziyyət ürəkaçan deyil. Növbəli şəkildə bütün qəsəbədaxili yollar təmir ediləcək.” - Anar Nəcəfli. AAYDA-nın sözçüsü

Belə görünür ki, sakinlər ən azı 3 il yollarının təmir olunmasını gözləmək məcburiyyətindədirlər. 3 il isə elə də az müddət deyil...



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR