Bu ölkədə mafia karantini pozanları öldürür

Koronavirus səbəbindən 6 mindən çox insanın öldüyü Kolumbiyada dövlət mafia qruplaşmaları ilə mübarizə apara bilmir.

Metbuat.az xəbər verir ki, "The Guardian"da yer alan xəbərə görə, xalq öz qanunlarının və karantin sistemini yaradan bu qruplaşmaların idarəçiliyində təhlükə altında yaşayır. Məlumata görə, bu günə qədər ölkədə 9 nəfər mafianın elan etdiyi karantin sistemini pozduğu üçün öldürülüb.

Eyni zamanda bildirib ki, ölkənin bir çox əyalətləri məhz mafia qruplaşmaları tərəfindən idarə edilir və bu bölgələrdə polis mafia qarşısında gücsüzdür.

Qeyd edək ki, Kolumbiyada 170 mindən çox yoluxma aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR