Bir ayda sərnişin səfər sayı 48 faiz artıb -

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a bildirilib ki, həftə ərzində daha 2 əlavə ekspress xətti - M9 və M10 istifadəyə verilib, bununla da Mərdəkan, Bilgəh, Buzovna, Şağan qəsəbələrinin metronun “Nəriman Nərimanov” stansiyası ilə əlaqələndirilməsi təmin olunub.

Gündəlik qeydə alınan sərnişin səfər sayı 1 milyon 741 min 456 olmaqla yenidən maksimum həddə çatıb. Son bir ayda isə sərnişin səfər sayı 48 faiz artıb.

Həftə ərzində gündəlik xəttə çıxarılan avtobus sayı da artırılaraq 2200 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR