ANS PRESS-in məlumatına görə, toplantıdan əvvəl iştirakçılar Kiyevdə yerləşən Ümummilli lider Heydər Əliyev adına parkda heykəli qarşısına gül qoyublar.
İclasda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev, professor Fərhad Turanlı, Çerniqov vilayətinin Apelyasiya Məhkəməsinin sədri Sadiq Tağıyev, texniki elmlər doktoru Murad Ömərov, tibb elmləri doktoru, professor Aydın Salmanov və Ukraynada yaşayan bir çox tanınmış azərbaycanlı alim iştirak edib. Azərbaycanlı Alimlər Şurasının Nizamnaməsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirələrin aparıldığı iclasda həm də gizli səsvermə yolu ilə Şuraya sədr seçilməsi məsələsi müzakirə olunub. Bundan əlavə toplantıda Şuranın qarşısında duran əsas vəzifələrdən danışılıb.
Qeyd edək ki, Azərbaycanlı Alimlər Şurasının növbəti iclası sentyabrın 26-da keçiriləcək.

