Rusiyanın kronavirusa qarşı peyvəndi bu ölkədə də test ediləcək

Venesuela prezidenti Nikolas Maduro Rusiyanın hazırladığı koronavirus peyvəndi "Sputnik V"nin qarşıdakı günlərdə Venesuelada könüllü şəxslər üzərində tets ediləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Maduro eyni zamanda Çin və Kubadan gələn digər peyvəndlərin də sınaqdan keçiriləcəyini bildirib. O əlavə edib ki, hər kəs 7 günlük sərt karantin rejiminə hazır olsun.

Rəsmi məlumatlara görə, Venesuelada günlük yoluxma sayı 900-ü ötüb.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR